Gəncədə qızına xəsarət yetirməkdə şübhəli bilinən ata saxlanılıb - YENİLƏNİB

Gəncədə qızına xəsarət yetirməkdə şübhəli bilinən ata saxlanılıb - YENİLƏNİB Gəncədə ailə münaqişəsi zamanı 12 yaşlı yeniyetmə xəsarət alıb.
Hadisə
23 Fevral , 2024 23:53
Gəncədə qızına xəsarət yetirməkdə şübhəli bilinən ata saxlanılıb - YENİLƏNİB

Gəncədə 12 yaşlı qızına xəsarət yetirməkdə şübhəli bilinən İ.İsrafilov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun "Report"un Qərb bürosuna veridiyi məlumata görə, 12 yaşlı qıza daxilə keçməyən bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

23:10

Gəncədə ailə münaqişəsi zamanı 12 yaşlı yeniyetmə xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şahsevənlər küçəsində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, 2012-ci il təvəllüdlü A.İ.-ova bud nahiyəsindən kəsici ailətlə xəsarət alıb. O, Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına çatdırılıb.

Yaxınlarının dediyinə görə, hadisə ailə münaqişəsi zəminində qeydə alınıb. Belə ki, o, mübahisə edən ata-anasını ayırmaq istəyərkən atası əlindəki bıçaqla ehtiyatsızlıqdan ona xəsarət yetirib.

Yaralının vəziyyəti qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi