Gəncədə piyadanı vuraraq öldürməkdə şübhəli bilinən sürücü saxlanılıb - YENİLƏNİB

Gəncədə piyadanı vuraraq öldürməkdə şübhəli bilinən sürücü saxlanılıb - YENİLƏNİB Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
7 Fevral , 2023 09:50
Gəncədə piyadanı vuraraq öldürməkdə şübhəli bilinən sürücü saxlanılıb - YENİLƏNİB

Gəncə şəhərində piyadanın ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Report"un Qərb bürosuna bildirib ki, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin, Təhlükəsiz Şəhər Xidmətinin və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevral ayının 5-də "VAZ 21011" markalı avtomobil ilə şəhər ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınan, şəhər sakini, 1994-cü il təvəllüdlü Aqil Sadıqov saxlanılaraq istintaqa təhvil verilib.

00:42

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Şah İsmayıl Xətai prospektində yolu qarşı tərəfə keçmək istəyən piyada 1971-ci il təvəllüdlü Ələkbərov Murad Qurban oğlunu avtomobil vurub.

Piyada ağır xəsarət alıb və xəstəxanaya aparılıb. Lakin tibbi müdaxiləyə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi