Gəncədə 16 yaşlı gənci maşın vurub
Hadisə
- 05 sentyabr, 2015
- 17:58
Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu axşam Gəncənin Nizami Sovxozu adlanan ərazisində 16 yaşlı gənci maşın vurub.
"Report"un məlumatına görə, şəhər sakini 1999-cu il təvəllüdlü Ayxan Qurbanov yolu keçmək istərkən naməlum avtomobil tərəfindən vurulub.
Xəsarət alan gənc yaxınlıqdakı insanların köməyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Xəstəyə tibbi yardım göstərildikdən sonra gəncin vəziyyəti stabilləşib.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Polis hadisəni törədən sürücünün axtarışını davam etdirir.
Son xəbərlər
03:19
ABŞ İranın hərbi hədəflərinə zərbələri başa çatdırıb - YENİLƏNİB
Digər ölkələr02:59
ABŞ-nin energetika naziri neft sazişi danışıqları üçün Venesuelaya gedəcək
Digər ölkələr02:40
Goranboyda yanğın baş verib
Hadisə02:22
Bu gün Yasamal və Nərimanov rayonlarının bir sıra ərazilərində işıq olmayacaq
Energetika01:58
ABŞ İranın cənub-qərbindəki Əhvaz bölgəsinə zərbə endirib
Region01:31
Zelenski: Ukrayna Rusiyanın hava məkanının bloklanması kampaniyasına başlayır
Digər ölkələr01:01
Rusiya Prezidenti regionda sülhün Ermənistan üçün müsbət cəhətlərindən danışıb
Region00:50
Putin: Rusiya hərbçiləri hətta sabah Ermənistanı tərk etməyə hazırdır
Region00:43