Gəncə sakini Şəmkirdə qohumu tərəfindən bıçaqlanıb

Hadisə
  • 09 aprel, 2023
  • 09:44
Gəncə sakini Şəmkirdə qohumu tərəfindən bıçaqlanıb

Şəmkir bazarında 45 yaşlı kişi bıçaqlanıb.

“Report”un Qərb bürosunun məlumatına görə, mübahisə zəminində 2 bıçaq xəsarəti alan, Gəncə şəhər sakini, 1978-ci il təvəllüdlü E.Məmmədov xəstəxanaya aparılıb və cərrahiyyə şöbəsinə yerləşdirilib.

Qarın boşluğundan və döş qəfəsindən xəsarət alan zərərçəkmişin vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şəxsin onun qohumu olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

44 filmi