Yuxarı

Gənc Tamaşaçılar Teatrının tavanı çöküb

Gənc Tamaşaçılar Teatrının binasının tavanı çöküb

Gənc Tamaşaçılar Teatrının binasının tavanı çöküb.

"Report"un xəbərinə görə, hadisə bir neçə gün bundan əvvəl baş verib. 

Faktı "Report"a teatrın Mətbuat xidmətinin rəhbəri Pərvin Nurəliyeva təsdiqləyib.

Onun sözlərinə görə, hadisə tətil günlərində baş verib: "Hadisə baş verən zaman zalda heç kim olmayıb. Biz məzuniyyətdən qayıdanda artıq bu hadisə baş vermişdi. Teatrın sadəcə olaraq tavanında çökmə olub. Hazırda tavanda təmir işləri aparılır, demək olar ki, təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Tavanın çökməsi teatrın yeni mövsümünün fəaliyyətinə heç bir maneə törətməyib. Biz artıq bu həftənin sonundan yeni mövsümə başlayacağıq".

Qeyd edək ki, "Facebook"da Gənc Tamaşaçılar Teatrında tamaşa vaxtı qəfildən tavanın çökdüyü barədə məlumatlar yayılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi