Gədəbəy İcra Hakimiyyətinin binasında baş vermiş yanğın söndürülüb - YENİLƏNİB 

Hadisə
  • 26 noyabr, 2023
  • 20:42
Gədəbəy İcra Hakimiyyətinin binasında baş vermiş yanğın söndürülüb - YENİLƏNİB 

Gədəbəy rayon İcra Hakimiyyətinin binasında yanğın söndürülüb.

"Report"un Qərb bürosunun məlumatına görə, yanğın əraziyə cəlb olunan yanğınsöndürənlər tərəfindən söndürülüb, digər otaqlar yanğından mühafizə olunub.

Yanğın zamanı 1 kompüter masası, 1 kompüter və zalın 2 kvadratmetr tavan hissəsi yanıb.

Yanğının başvermə səbəbləri araşdırılır.

00:31

Gədəbəy rayon İcra Hakimiyyətinin binasında yanğın olub.

"Report"un Qərb bürosunun məlumatına görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon Yanğından mühafizə hissəsinin yanğınsöndürən maşınları cəlb olunub.

Yanğın binanın 2-ci mərtəbəsində qeydə alınıb. İlkin məlumata görə, zalda olan kompüter və bir neçə əşya yanıb. Əraziyə 3 yanğınsöndürən maşın cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.