Fırıldaqçılığa görə axtarışda olan şəxs Rusiyadan Azərbaycana ekstradisiya olunub

Hadisə
  • 25 yanvar, 2016
  • 09:54
Fırıldaqçılığa görə axtarışda olan şəxs Rusiyadan Azərbaycana ekstradisiya olunub

Bakı. 25 yanvar. REPORT.AZ/ Rusiya prokurorluğunun həyata keçirdiyi yoxlanış nəticəsində Xantı-Mansiysk muxtar rayonunda gizlənən azərbaycanlı cinayətkar Azərbaycanın səlahiyyətli orqanlarına verilib.

"Report" Rusiya Federasiyası Prokurorluğunun saytına istinadən xəbər verir ki, cinayət məsuliyyətinə cəlb olunması məqsədilə Sakit Namazov Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilib.

Fırıldaqçılıqda ittiham olunan S.Namazov istintaqdan qaçıb gizləndiyinə görə, məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib və barəsində axtarış elan edilib.

Xatırladaq ki, S.Namazov 2015-ci ilin iyul ayında əməliyyat-axtarış tədbirləri çərçivəsində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Surqut şəhərində saxlanılmışdı.