​FHN: Kəmaləddin Heydərovun sahibkarlarla görüşü zamanı gərginlik yaşanmayıb

​FHN: Kəmaləddin Heydərovun sahibkarlarla görüşü zamanı gərginlik yaşanmayıb “Görüş qarşılıqlı diskussiya, sual-cavab və müzakirə formatında keçirilib”
Hadisə
16 Fevral , 2016 16:03
​FHN: Kəmaləddin Heydərovun sahibkarlarla görüşü zamanı gərginlik yaşanmayıb

Bakı. 16 fevral. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti bəzi kütləvi informasiya vasitələrində fövqəladə hallar naziri Kəmaləddin Heydərovun fevralın 16-da Azərbaycanın inşaat sektorunda çalışan sahibkarlarla keçirdiyi görüş zamanı sahibkarlar tərəfindən qaldırılan məsələlər ətrafında gərginlik yaşandığı, nazirliyin vəzifəli əməkdaşları barədə tənqidi fikirlər səslənməsi barədə xəbərlərə münasibət bildirib. 

Nazirliyin mətbuat xidmətindən “Report”a bildirilib ki, ölkə Prezidentinin tapşırığına uyğun olaraq bu gün FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində inşaat sektorunda çalışan sahibkarlarla keçirilən görüş zamanı heç bir gərginlik yaşanmayıb və ya hansısa vəzifəli şəxs barədə tənqidi fikir səslənməyib: “Görüş qarşılıqlı diskussiya, sual-cavab və müzakirə formatında keçirilib. Bununla bağlı bir daha kütləvi informasiya vasitələrini diqqətli olmağa, auditoriya qazanmaq məqsədilə yanlış, böhtan xarakterli məlumatlar yaymamağa və yaranan hər hansı sualla bağlı nazirliyin mətbuat xidməti ilə əlaqə yaratmağa çağırırıq”.

Son xəbərlər

Orphus sistemi