FHN Qazaxda mülki müdafiə məşqi keçirib

FHN Qazaxda mülki müdafiə məşqi keçirib Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzi tərəfindən Qazax rayonunda yerləşən “Arkoz Qazax Sement Zavodu” MMC-də “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili
Hadisə
21 Oktyabr , 2024 12:35
FHN Qazaxda mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzi tərəfindən Qazax rayonunda yerləşən “Arkoz Qazax Sement Zavodu” MMC-də “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib.

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Bildirilib ki, məşqin keçirilməsində məqsəd mülki müdafiə tədbirlər planının reallığının yoxlanılması, məşqə cəlb edilən heyətin mülki müdafiə sahəsində biliyinin artırılması və bu sahədə əməli vərdişlərin aşılanması olub.

Məşqə FHN-in Gəncə Regional Mərkəzi və Qazax rayon Yanğından Mühafizə Hissəsinin, Qazax rayon Təcili Tibbi Yardım Stansiyası və Polis Şöbəsinin əməkdaşları, “Arkoz Qazax Sement Zavodu” MMC-nin rəhbər və işçi heyəti cəlb olunub.

Məşq planına uyğun olaraq, baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar heyətin bu barədə xəbərdar edilməsi, toplanması, habelə yaranmış “ekstremal vəziyyətin” nəticələrinin aradan qaldırılması və ümumi idarəetmənin təşkili üzrə fəaliyyətlər simulyasiya olunub, həmçinin funksional vəzifələrlə bağlı məruzələr edilib.

Uğurla keçən məşqdən sonra çıxış edən FHN-in Gəncə Regional Mərkəzinin rəisi polkovnik Elnur Məhərrəmov, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, “Arkoz Qazax Sement Zavodu” MMC-nin direktoru Murat Çağlayan çıxış edərək belə tədbirlərin əhəmiyyətindən danışıblar.

Son xəbərlər

Orphus sistemi