Zaqatalada 8 yaşlı uşaq özünü asaraq intihar edib - YENİLƏNİB

Zaqatalada 8 yaşlı uşaq özünü asaraq intihar edib - YENİLƏNİB Zaqatala. 22 dekabr. REPORT.AZ/ Zaqatala rayonunda 8 yaşlı uşaq özünü asaraq intihar edib.
Hadisə
3340
22 Dekabr , 2018 20:10
Zaqatalada 8 yaşlı uşaq özünü asaraq intihar edib - YENİLƏNİB

Zaqatala. 22 dekabr. REPORT.AZ/ Zaqatala rayonunda 8 yaşlı uşaq özünü asaraq intihar edib.

"Report"un yerli bürosu xəbər verir ki,  Zaqatala şəhər sakini, 2010-cu il təvəllüdlü Eşqin Fərmayıl oğlu Əhmədovun meyiti yaxınları tərəfindən şəhərin Azərbaycan prospektindəki fərdi yaşayış evlərinin birinin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə aşkarlanıb. 8 yaşlı E.Əhmədovun intihar etməsinin səbəbi hələ ki, məlum deyil.

İlkin məlumata görə, onun intihar etdiyi ev bibisigilə məxsusdur. Qonşuluqda yaşayan E.Əhmədov axşam saatlarında bibisigilə gəzməyə gedib. Bu gün həm də onun bacısının doğum günüdür.

Faktla bağlı Zaqatala rayon Pokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.


*** 19:23

Zaqatala. 22 dekabr. REPORT.AZ/ Zaqatalada intihar hadisəsi baş verib.

"Report"un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə axşam saatlarında qeydə alınıb.

Həlik şəxsiyyəti məlum olmayan ihar edənin azyaşlı uşaq olduğu bildirilir onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi