Elşad Hacıyev: Müharibə qalıqları olan döyüş silahları könüllü təhvil verilməlidir

Elşad Hacıyev: Müharibə qalıqları olan döyüş silahları könüllü təhvil verilməlidir Hələ də bəzi şəxslərdə qanunsuz saxlanılan odlu döyüş silahları, sursatlar var. Müharibə qalıqlarıdır. Kimdə varsa, könüllü təhvil verilməlidir.
Hadisə
15 Avqust , 2024 11:14
Elşad Hacıyev: Müharibə qalıqları olan döyüş silahları könüllü təhvil verilməlidir

Hələ də bəzi şəxslərdə qanunsuz saxlanılan odlu döyüş silahları, sursatlar var. Müharibə qalıqlarıdır. Kimdə varsa, könüllü təhvil verilməlidir.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev deyib.

O bildirib ki, polis əməkdaşlarına avqustun 14-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 2 tüfəng, 2 patron darağı və 54 ədəd müxtəlif çaplı sursat könüllü təhvil verilib.

"O silahları təhvil verənlər ilk növbədə özünü və ailəsini məhrumiyyətlərdən xilas edir. Bilir ki, əməliyyat tədbirləri ilə tutulsa cinayət məsuliyyətinə cəlb olunacaqdır. Silah təhlükə mənbəyidir, geci-tezi var, o silahı gizlədən şəxs onu bir gün çıxaracaqdır. Bu sirr deyil ki, əsəb gələndə, sərxoş olduqda insanın ağılı gedir, affekt halı yaranır, yaxud şəxsiyyət ikiləşir. Heç kim deyə bilməz ki, əsəbləşən, sərxoşluq halında olan biri o silahdan istifadə etməyəcəkdir. Ona görə də bir daha çağırış edirik, o silahlardan kimdə varsa könüllü təhvil versin. Bu halda məsuliyyət yaranmır, Bununla bağlı zəmanət veririk, diqqətə çatdırırıq ki, cinayət aləti olmayan silahları könüllü təhvil verən şəxslərlə bağlı indiyə qədər hər hansı tədbir görülməyib və görülməyəcəkdir"- deyə DİN-nin sözcüsü qeyd edib.

Son xəbərlər

Orphus sistemi