Dünən 37 koronavirus xəstəsinə cinayət işi başlanılıb
Hadisə
- 15 dekabr, 2020
- 06:02
COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədi ilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Dekabrın 14-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən 51 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb.
Tibbi qaydalar gözlənilməklə onlardan 48 nəfər evə qaytarılıb, 3 nəfər xəstəxanaya yerləşdirilib.
37 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.
Son xəbərlər
13:36
Qurban Qurbanov: "Dinamo" ilə oyunda yaxşı nəticə əldə etməyə çalışacağıq"
Futbol13:28
Naxçıvan Azərbaycanın inkişafında strateji mövqeyini sürətlə gücləndirir - RƏY
Daxili siyasət13:27
IEA: Azərbaycan iyulda "OPEC+" kvotasından gündəlik 110 min barel geri qalıb
Energetika13:26
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 254 nəfərə çatıb
Digər ölkələr13:22
Azərbaycanda vergi ödəyicilərinin sayı 5 %-ə yaxın artıb
Maliyyə13:21
Foto
AMADA Azərbaycan Voleybol Federasiyasında maarifləndirici tədbir keçirib
Komanda13:21
Gürcü analitik: Azərbaycan Cənubi Qafqazda sülh və iqtisadi inkişaf üçün mühüm addımlar atır
Xarici siyasət13:10
Çempionlar Liqası: UEFA "Sabah" və "Hapoel" arasında oyunların başlama vaxtını və yerini açıqlayıb
Futbol13:07