Eldar Sabiroğlunun oğlu barəsində həbs qətimkan tədbiri seçilib - YENİLƏNİB - FOTO

Eldar Sabiroğlunun oğlu barəsində həbs qətimkan tədbiri seçilib - YENİLƏNİB - FOTO Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Binəqədi Rayon Məhkəməsinə gətirilib
Hadisə
15 Yanvar , 2016 20:38
Eldar Sabiroğlunun oğlu barəsində həbs qətimkan tədbiri seçilib - YENİLƏNİB - FOTO

Bakı. 15 yanvar. REPORT.AZ/ Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərov Binəqədi Rayon Məhkəməsinə gətirilib. 

"Report" xəbər verir ki, hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı R.Səfərovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilməsini istəyib. Məhkəmənin qərarına əsasən, R.Səfərov barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, Rüfət Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb.

Xatırladaq ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.

Son xəbərlər

Orphus sistemi