DİN: Ötən gün 43 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

DİN: Ötən gün 43 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ötən gün ümumi çəkisi 43,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Hadisə
15 mart 2025 10:34
DİN: Ötən gün 43 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ötən gün ümumi çəkisi 43,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Qeyd olunub ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 4,3 kiloqramdan artıq heroin, 34,1 kiloqramdan artıq marixuana, 5 kiloqrama yaxın metamfetamin, həmçinin 19 ədəd psixotrop tərkibli həb olub.

Orphus sistemi