DİN Bakıda blogerlə görüş zamanı pandemiya qaydalarının pozulması ilə bağlı açıqlama verib

DİN Bakıda blogerlə görüş zamanı pandemiya qaydalarının pozulması ilə bağlı açıqlama verib Aprel ayının 17-də saat 15:30 radələrində paytaxtın Səbail rayonu ərazisində yerləşən iri ticarət mərkəzlərinin birində yaranmış izdiham ilə bağlı bildiririk ki, xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq ticarət mərkəzinə daxil olan hər bir vətən
Hadisə
18 Aprel , 2022 11:07
DİN Bakıda blogerlə görüş zamanı pandemiya qaydalarının pozulması ilə bağlı açıqlama verib

Daxili İşlər Nazirliyi (DİN) Bakıda bloger Hüseyn Həsənovla görüş zamanı pandemiya qaydalarının pozulması ilə bağlı açıqlama verib

DİN-in Mətbuat Xidmətindən "Report"a daxil olan açıqlamada deyilir:

"Aprel ayının 17-də saat 15:30 radələrində paytaxtın Səbail rayonu ərazisində yerləşən iri ticarət mərkəzlərinin birində yaranmış izdiham ilə bağlı bildiririk ki, xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq ticarət mərkəzinə daxil olan hər bir vətəndaşın vaksinasiyadan keçməsini təsdiq edən sertifikatın “QR” kodu və qoruyucu tibbi maskadan istifadə etməsi polis əməkdaşları tərəfindən mərkəzin girişində yoxlanıldıqdan sonra onların qapalı məkana daxil olmalarına icazə verilib. Lakin ticarət mərkəzinə gələn şəxslər obyektə daxil olduqdan sonra tibbi maskalarını çıxardıblar.

Məlumat üçün onu da qeyd edək ki, iri ticarət mərkəzlərinin daxilində insanların tibbi maskadan istifadə etmələrinə həmin obyektin əməkdaşları tərəfindən nəzarət olunur.
Pandemiya ilə əlaqədar tətbiq olunan qaydaların pozulması ilə müşaiyət olunan tədbir zamanı qeydə alınan videogörüntülərdə bir nəfərin kəmər ilə səhnəyə vurması da əks olunur. Həmin şəxs müəyyən edilərək saxlanılıb.

Bakı şəhər sakini olan Arif İbrahimov izahatında bildirib ki, o, kəməri insanlara deyil, yalnız səhnəyə vurub. Buna baxmayaraq, A.İbrahimov inzibati qaydada 15 sutka həbs olunub.

Hazırda hadisənin baş verdiyi obyektin məsul şəxsləri barədə araşdırmalar aparılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcəkdir".

Son xəbərlər

Orphus sistemi