Bakı. 12 noyabr. REPORT.AZ/
Nazirlikdən "Report"a verilən məlumata görə, son günlər Daxili İşlər Nazirliyinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillər yaradan, işlədən şəxslərin sayı artmaqdadır. Belə profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.
Həmin səhifə və profillərdə polisin fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır.
Ona görə də sosial şəbəkə izləyicilərinə saxta səhifə və profillərdən istifadə etməməyi tövsiyə edirik.
Məlumat üçün bir daha xatırlatmaq yerinə düşər ki, ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin daha da yaxşılaşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə yaradılmış rəsmi səhifələri artıq 2 ilə yaxındır ki, fəaliyyət göstərir.
Vətəndaşlar DİN-in rəsmi
"Facebook" - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi,
"Instagram" – azerbaycan.din,
"Youtube" - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi,
"Twitter" - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi,