Dələduzluqda təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Dələduzluqda təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb
Hadisə
19 Aprel , 2018 09:44
Dələduzluqda təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib
Bakı Apellyasiya Məhkəməsi / Report

Bakı. 19 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən qardaşı Mirəddin Ağayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Elşad Şamayevin sədrliyi ilə keçiirlən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Mirəddin Ağayev dələduzluqda ittiham edilir. Bakı şəhər sakini Qəzənfər Davud oğlu Qəzənfərovun Səbail Rayon Polis İdarəsinə şikayəti əsasında o, istintaqa cəlb olunub. Vətəndaş Mirəddin Ağayevin dələduzluq yolu ilə onun 2000 manatını mənimsədiyini bildirib. İttihama görə, Mirəddin Ağayev 4 vətəndaşa qarşı, ümumilikdə, 86 min manat məbləğində dələduzluq edib.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Mirəddin Ağayev barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini, cəzasının şərti hesab edilməsini istəyir.

Son xəbərlər

Orphus sistemi