Dələduzluq, narkotik və qanunsuz silah saxlamaqda təqsirləndirilən şəxsin istintaqı başa çatıb

Dələduzluq, narkotik və qanunsuz silah saxlamaqda təqsirləndirilən şəxsin istintaqı başa çatıb Dələduzluq, narkotik satışı və qanunsuz silah saxlamaqda təqsirləndirilən Mirqasım Sadıqovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
29 iyun 2019 06:17
Dələduzluq, narkotik və qanunsuz silah saxlamaqda təqsirləndirilən şəxsin istintaqı başa çatıb

Dələduzluq, narkotik satışı və qanunsuz silah saxlamaqda təqsirləndirilən Mirqasım Sadıqovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üşün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Əhməd Quliyevin sədrlik etdiyi kollegiyanın icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçirləcək.

Qeyd edək ki, 15 nəfərə qarşı dələduzluq etməkdə ittiham edilən M.Sadıqov Sabunçu Rayon Polis İdarəsi tərəfindən axtarışda olub. O, ötən ilin sentyabr ayında Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Mirqasım Sadıqov ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Zirə qəsəbəsindəki evinə baxış zamanı nömrəsi silinmiş “İJ-16” markalı tüfəng və 8 ədəd patron, habelə həyətindəki istixanada kultivasiya yolu ilə yetişdirilmiş 1230 ədəd çətənə kolu və 530 qram marixuana aşkar edilərək götürülüb.

Ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham verilib. 

Son xəbərlər

Orphus sistemi