Daxili Qoşunların əsgərini avtomobillə vurub öldürən keçmiş polisə hökm oxunub

Daxili Qoşunların əsgərini avtomobillə vurub öldürən keçmiş polisə hökm oxunub Bakıda bir nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasında təqsirləndirilən Vaqif Novruzova hökm oxunub və o, məhkəmə zalından həbs edilib.
Hadisə
1 İyun , 2022 12:15
Daxili Qoşunların əsgərini avtomobillə vurub öldürən keçmiş polisə hökm oxunub

Bakıda bir nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasında təqsirləndirilən Vaqif Novruzova hökm oxunub və 6 il müddətinə azadlıqdan məhrum edilib.

"Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökm əsasən, o, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında paytaxtın Sabunçu rayonunda baş verib.

Belə ki, hadisə zamanı sabiq polis əməkdaşı V.Novruzov “Toyota” markalı avtomobillə idarəetməni itirərək yolun kənarında dayanmış Daxili Qoşunların əsgəri Rövşən Alxasovu vurub.

R.Alxasov dərhal xəstəxanaya yerləşdirilib və həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Daha sonra V.Novruzov saxlanılıb və ona Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi