Gəncə-Daşkəsən avtomobil yolunun keçdiyi dağlıq ərazidə uçqunun fəsadları aradan qaldırılıb - YENİLƏNİB

Gəncə-Daşkəsən avtomobil yolunun keçdiyi dağlıq ərazidə uçqunun fəsadları aradan qaldırılıb - YENİLƏNİB Daşkəsəndə leysan yağışdan sonra qaya uçqunu baş verib.
Hadisə
29 İyun , 2024 19:36
Gəncə-Daşkəsən avtomobil yolunun keçdiyi dağlıq ərazidə uçqunun fəsadları aradan qaldırılıb - YENİLƏNİB

Gəncə-Daşkəsən avtomobil yolunun keçdiyi dağlıq ərazidə uçqunla əlaqədar nəqliyyatın hərəkətində çətinlik yarandığı nəzərə alınaraq əraziyə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub.

Bu barədə "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Gəncə Regional qrupundan bildirilib.

Təhlükəsizlik tədbirləri həyata keçirilib, hər iki istiqamətdə sürücülər hadisə ilə bağlı məlumatlandırılıb, lazımı tədbirlər görülüb.

Aidiyyəti qurumların əməkdaşları tərəfindən yolda yaranmış problem aradan qaldırıldıqdan sonra DYP əməkdaşlarının köməkliyi ilə tıxacda qalan avtomobillərin hərəkəti tam bərpa edilib. Hazırda həmin yolda nəqliyyat vasitələrinin hərəkətində heç bir problem yoxdur.

Qeyd edək ki, Daşkəsən rayonunun Bayan kəndi yaxınlığında ötən gecə də qaya uçqunu olub.

18:21

Daşkəsəndə leysan yağışdan sonra qaya uçqunu baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, günorta saatlarında yağan leysan nəticəsində Bayan kəndində qaya uçqunu olub, Gəncə-Daşkəsən avtomobil yolunun həmin ərazidən keçən hissəsində nəqliyyat vasitələrinin hərkətində tıxac yaranıb.

Əraziyə aidiyyəti qurumların əməkdaşları və texnikalar cəlb olunub, yolda hərəkət bərpa olunub.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Son xəbərlər

Orphus sistemi