Almaniyadan Azərbaycana ekstradisiya olunan şəxsin kimliyi məlum olub

Almaniyadan Azərbaycana ekstradisiya olunan şəxsin kimliyi məlum olub "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Seyidli Elçin Mir Qasım oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Almaniya Federativ Respublikasının
Hadisə
23 sentyabr 2023 10:01
Almaniyadan Azərbaycana ekstradisiya olunan şəxsin kimliyi məlum olub

Almaniyadan Azərbaycana ekstradisiya olunan şəxsin kimliyi məlum olub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Seyidli Elçin Mir Qasım oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Almaniyanın səlahiyyətli orqanları tərəfindən təmin edilib.

E.Seyidlinin külli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək istintaqdan qaçıb gizləndiyi üçün beynəlxalq axtarışa verilib.

Sentyabrın 23-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə E.Seyidli Almaniyadan Azərbaycana gətirilib.

Qeyd edək ki, Ədliyyə Nazirliyi ötən gün beynəlxalq axtarışa verilən şəxsin Almaniyadan Azərbaycana gətirilməsi barədə məlumat yayıb. Lakin həmin şəxsin adı açıqlanmamışdı.

Son xəbərlər

Orphus sistemi