Daha bir koronavirus xəstəsi ictimai yerdə müəyyən olunaraq saxlanıldı

Daha bir koronavirus xəstəsi ictimai yerdə müəyyən olunaraq saxlanıldı Polis əməkdaşları tərəfindən özünütəcrid qaydalarına riayət etməyən COVID-19 xəstələri ilə profilaktik işin təşkili davam etdirilir.
Hadisə
7 Dekabr , 2020 09:54
Daha bir koronavirus xəstəsi ictimai yerdə müəyyən olunaraq saxlanıldı
0 : 00
0 : 00

Polis əməkdaşları tərəfindən özünütəcrid qaydalarına riayət etməyən COVID-19 xəstələri ilə profilaktik işin təşkili davam etdirilir.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Lakin buna baxmayaraq,evdə müalicəsinə göstəriş verilən bu virusun aktiv daşıyıcılarının cəmiyyətin içinə çıxması hallarına rast gəlinməkdədir.

Xəzər Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsi olan Şüvəlan qəsəbəsində yaşayan 64 yaşlı Ələkbər Hüseynov ictimai yerdə müəyyən olunaraq saxlanılıb. Polis əməkdaşları onunla maarifləndirici söhbət aparıb, tibbi prosedurlar gözlənilməklə həmin şəxs yaşadığı evə qaytarılıb.

Ələkbər Hüseynov barəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

Son xəbərlər

Orphus sistemi