COVID-19 xəstəsi olan qardaşlar barəsində cinayət işi başlanılıb

COVID-19 xəstəsi olan qardaşlar barəsində cinayət işi başlanılıb Ağsuda evlərini icazəsiz tərk edən COVİD-19 xəstələri saxlanılıb.
Hadisə
8 Dekabr , 2020 11:02
COVID-19 xəstəsi olan qardaşlar barəsində cinayət işi başlanılıb
0 : 00
0 : 00

Ağsuda evlərini icazəsiz tərk edən COVİD-19 xəstələri saxlanılıb.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Ağsu rayon Qaraqoyunlu kənd sakinləri - Həsənov Cövdət və onun qardaşı Rüfət Həsənov Ağsu Rayon Mərkəzi Xəstəxanasında koronavirus infeksiyasına qarşı test veriblər və testin cavabı pozitiv çıxıb.

Daha sonra xəstəxanadan hər iki qardaşa evdə qalmaları və ev şəraitində müalicələrini davam etdirmələri tövsiyə olunub. Buna baxmayaraq, hər iki qardaş yaşadıqları evi tərk edərək infeksiyanın digər insanlara yoluxma təhlükəsi yaradıblar.

Dərhal Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində onları yeri təsbit edilib və həmin şəxslər saxlanılaraq polis əməkdaşlarının və həkimlərin müşayəti ilə yaşadıqları evə geri dönüblər.

Bundan başqa, Ağsu rayon sakini Sənani Əhmədov da koronavirus testi müsbət olduğuna görə evdə qalaraq müalicəsini ev şəraitində davam etdirmək tövsiyə olunub. Qadağaya məhəl qoymayan rayon sakini S.Əhmədov evdən çıxaraq işlədiyi idarəyə gedib və digər insanlar üçün infeksiyanın yayılma təhlükəsi yaradıb. Həmin şəxs də polis əməkdaşları tərəfindən saxlanılaraq həkimlərin iştirakı ilə yaşadığı ünvana geri qaytarılıb.

Hazırda hər üç şəxs barəsində Ağsu Rayon Polis Şöbəsinin İstintaq Qrupunda Cinayət Məcəlləsinin 139.1.1-ci maddəsi ilə cinayət işi başlanılıb və istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi