Cəlilabadda yol qəzası nəticəsində ölən və yaralananların şəxsiyyəti müəyyənləşib - FOTO - YENİLƏNİB

Cəlilabadda yol qəzası nəticəsində ölən və yaralananların şəxsiyyəti müəyyənləşib - FOTO - YENİLƏNİB Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir
Hadisə
22 Mart , 2017 20:50
Cəlilabadda yol qəzası nəticəsində ölən və yaralananların şəxsiyyəti müəyyənləşib - FOTO - YENİLƏNİB

Cəlilabad. 22 mart. REPORT.AZ/ Ələt-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində üç avtomobilin toqquşması nəticəsində ölən və yaralananların adları məlum olub.

"Report"un Aran bürosu xəbər verir ki, qəza nəticəsində Masallı rayon Ərkivan qəsəbə sakinləri - 37 yaşlı Pərviz Abbas oğlu Xəlilov və 48 yaşlı Səbiyyə Ağalı oğlu Xəlilov ölüb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan Cəlilabad sakinləri - 46 yaşlı Zərxanım Xanış qızı Əhmədova, 51 yaşlı Azay Süleyman oğlu Əhmədov, Masallı sakinləri - 55 yaşlı Famil Kamil oğlu Xəlilov, 16 yaşlı Əsəd Kamil oğlu Xəlilov isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

***19:41

Cəlilabadda 2 nəfərin ölümü, təqribən 4 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Bu barədə “Report”un Aran bürosuna Cəlilabad Mərkəzi Rayon Xəstəxanasından məlumat verilib.

Hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı "VAZ-2106”, “Chevrolet” və markası hələ ki, məlum olmayan minik avtomobili toqquşub.

Hələlik ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi