Cəlilabadda yol qəzası olub, 3 nəfər xəsarət alıb - YENİLƏNİB

Cəlilabadda yol qəzası olub, 3 nəfər xəsarət alıb - YENİLƏNİB Cəlilabad rayonunda yol qəzası baş verib.
Hadisə
18 May , 2023 20:11
Cəlilabadda yol qəzası olub, 3 nəfər xəsarət alıb - YENİLƏNİB

Cəlilabadda yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, xəsarət alanlar hamısı Cəlilabad rayon sakinləridir. 

Bunlar 1987-ci il təvəllüdlü Zaur Əliyev, 1953-cü il təvəllüdlü Məmməd Məmmədov və 1957-ci il təvəllüdlü Töhfə Məmmədovadır.  

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Faktla bağlı araşdırma aparılır.

18:57

Cəlilabad rayonunda yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayonun Qarazəncir kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, "VAZ-2106" markalı minik avtomobilinin maneəyə çırpılması nəticəsində ən azı 3 nəfər xəsarət alıb.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi