Cəlilabadda yol qəzası nəticəsində biri məktəb direktoru olmaqla 2 nəfər ölüb, 1 nəfər yaralanıb - YENİLƏNİB-2

Cəlilabadda yol qəzası nəticəsində biri məktəb direktoru olmaqla 2 nəfər ölüb, 1 nəfər yaralanıb - YENİLƏNİB-2 Hadisə axşam saatlarında baş verib
Hadisə
19 Fevral , 2017 18:50
Cəlilabadda yol qəzası nəticəsində biri məktəb direktoru olmaqla 2 nəfər ölüb, 1 nəfər yaralanıb - YENİLƏNİB-2

Cəlilabad. 19 fevral. REPORT.AZ/ Cəliabadda yol qəzası nəticəsində ölənlərin şəxsiyyəti məlum olub.

"Report"un Aran bürosu xəbər verir ki, bunlar, Ocaqlı kənd tam orta məktəbinin direktoru Mirəhməd Ağayev və Ocaqlı kənd sakini Şakir Babayevdir.

***17:41

Axşam saatlarında Ələt-Astara magistral yolunun Cəlilabad rayonunun Alar və Qarazəncir kəndləri arasındakı hissəsində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki,qəza kiçik tutumlu yük maşını ilə “BMW” markalı avtomobilin toqquşması nəticəsində qeydə alınıb.

İlkin məlumata görə, “BMW”nin sürücüsü və salondakı sərnişin hadisə yerində ölüb. Yük maşınının sürücüsü və yanındakı sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Yaralılardan biri Sabirabad rayonu, Surra kənd sakini, 25 yaşlı Yunis Yusif oğlu Əsgərovdur.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi