Cəlilabadda doğuşdan sonra əkiz körpələr vəfat edib
Hadisə
- 24 dekabr, 2024
- 14:10
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Cəlilabad rayonunda doğuşdan sonra əkiz körpələr vəfat edib.
TƏBİB-dən "Report"un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 22 dekabr tarixində saat 23:00 radələrində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Doğum və ginekologiya şöbəsinə 2002-ci il təvəllüdlü hamilə qadın daxil olub.
Müayinə zamanı 24-25 həftəlik əkiz hamiləlik qeydə alınıb. Qadında vaxtından əvvəl doğuş prosesi başlayıb.
Saat 00:00 radələrində çəkisi 700 qram olan (kişi cinsli) körpə, 00:10 radələrində isə çəkisi 650 qram olan (qadın cinsli) körpə (ekstremal az çəkili dərin yetişməzliklə) doğulub.
Göstərilmiş bütün reanimasiyon tədbirlərə baxmayaraq 23 dekabr tarixində ölüm faktı qeydə alınıb.
Son xəbərlər
00:04
Foto
Akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan birinciliklərinə start verilib
Fərdi
00:00
Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
Daxili siyasət
23:58
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qələbə qazanıb
Komanda
23:49
A Seriyasının lideri "Latsio" səfərdə "Sassuolo"nu darmadağın edib
Futbol
23:32
NYT: ABŞ dizel tədarükünə görə RBİF-dən sanksiyaların götürülməsini müzakirə edir
Digər ölkələr
23:29
Vuçiç: Serbiyanı çətin dövr gözləyir
Digər ölkələr
23:15
ABŞ hərbçiləri narkotik daşıyan gəmiyə zərbə endirib, 5 nəfər ölüb
Digər ölkələr
23:02
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
Energetika
22:52
BCM yeni prokuroru 2027-ci ilin dekabrında seçəcək
Digər ölkələr