Cəlilabadda yanğın nəticəsində xəsarət alanların adları məlum olub - YENİLƏNİB
- 19 noyabr, 2023
- 10:54
Cəlilabad rayonunda evdə baş verən yanğın zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.
"Report"un Muğan bürosunun məlumatına görə, onlar rayonun Buravar kənd sakinləri, 1991-ci il təvəllüdlü Tacəddin Cəfərov və qardaşı, 1993-cü il təvəllüdlü Saməddin Cəfərovdur. Hər iki qardaşın üz, boyun, əlləri və aşağı ətrafları yanıb.
Məlumata görə, onlar evdə baş verən yanğını söndürən zaman xəsarət alıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
13:57
Cəlilabad rayonunda evdə yanğın olub, iki nəfər xəsarət alıb.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Buravar kəndində qeydə alınıb. Belə ki, evdə baş verən yanğını söndürən zaman iki nəfər xəsarət alaraq, rayon xəstəxanasına aparılıb.
Hazırda onların şəxsiyyəti və hadisənin təfərrüatları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.