Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb
Hadisə
- 21 fevral, 2026
- 15:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Binəqədi rayonunda çalışdığı avtoyuma məntəqəsində "Hyundai" markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əvvəllər məhkum olunmuş 40 yaşlı B.İsmayılov saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, avtoyuma məntəqəsində çalışan həmin şəxs yumaq üçün ona həvalə olunan nəqliyyat vasitəsini "sürərək qurutmaq" bəhanəsi ilə qaçırıb. Nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən sahibinə geri qaytarılıb.
Faktla bağlı araşdırmalar aparılır.
Son xəbərlər
02:42
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb
Maliyyə
02:36
ABŞ Milli Təhlükəsizlik Agentliyinin daxili şəbəkəsində nasazlıq üç gündür davam edir
Digər ölkələr
02:01
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
Biznes
01:45
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
Digər ölkələr
01:19
Braziliya Prezidenti beşgünlük iş həftəsinə keçidlə bağlı fərmanı imzalayıb
Digər ölkələr
00:50
Foto
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
Xarici siyasət
00:35
Foto
Video
Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var
Hadisə
00:26
Tbilisidə partlayış nəticəsində ölənlərin sayı 6-ya çatıb - Yenilənib-6
Region
00:19
Tramp: İranla bağlı qərar qəbul etməkdə tələsmirəm
Digər ölkələr