Cahangir Hacıyev: “Yaşar Səfərov mənim kadrım deyil”

Cahangir Hacıyev: “Yaşar Səfərov mənim kadrım deyil” “Bu, reallıqdan tamamilə uzaq bir informasiyadır”
Hadisə
18 Dekabr , 2015 13:42
Cahangir Hacıyev: “Yaşar Səfərov mənim kadrım deyil”

Bakı. 18 dekabr. REPORT.AZ/ Vəkil Aqil Layicov “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevlə görüşüb.

Bu barədə “Report”a A.Layicov məlumat verib.

A.Layicov C.Hacıyevin vəziyyətinin normal olduğunu deyib. Sabiq sədr ABB-nin Sank-Peterburq filialının direktoru, polis tərəfindən saxlanıldığı deyilən Yaşar Səfərovun bu vəzifəyə onun əmri ilə təyin olunması barədə xəbərlərə də münasibət bildirib: “Cahangir Hacıyev bildirdi ki, Yaşar Səfərov “mənim kadrım deyil və bu vəzifəyə də onu mən təyin etməmişəm. Mən sədr vəzifəsindən mart ayında azad olunmuşam, Yaşar Səfərov isə vəzifəyə bu ilin sentyabr ayında təyin edilib”. Yəni, bu, reallıqdan tamamilə uzaq bir informasiyadır”.

Qeyd edək ki, C.Hacıyev dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. C.Hacıyev Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, dünən Rusiyanın hüquq-mühafizə orqanları ABB-nin Sankt-Peterburqdakı şöbəsində əməliyyat keçiriblər. Mətbuatda filialın direktoru Yaşar Səfərovun da saxlanıldığı barədə məlumatlar yayılıb. Sonradan Y.Səfərovun həbsi ilə bağlı xəbər təsdiqini tapmayıb.

Son xəbərlər

Orphus sistemi