Terror-təxribat törədən ermənilər məhkəmədə dindirilib - YENİLƏNİB - 3

Terror-təxribat törədən ermənilər məhkəmədə dindirilib - YENİLƏNİB - 3 Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən G.Asetryan dindirilib.
Hadisə
29 İyun , 2021 17:10
Terror-təxribat törədən ermənilər məhkəmədə dindirilib - YENİLƏNİB - 3

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan ərazisində terror-təxribat törədən erməni silahlı dəstələrinin üzvləri - Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç, Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asetryan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Kamoyeviç, Sedrakyan Romik Misakini, Minasyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç və Karapetyan Yuri Tiqranoviçin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə bir neçə təqsirləndirilən şəxs ifadə verib.

Məhkəmənin növbəti prosesi iyulun 2-nə təyin edilib.

14.12

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölkə ərazisində terror-təxribat törədən erməni silahlı dəstələrinin üzvləri - Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç, Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asetryan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Kamoyeviç, Sedrakyan Romik Misakini, Minasyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç və Karapetyan Yuri Tiqranoviçin cinayət işi üzrə məhkəmə iclası keçirilir.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən G.Asetryan dindirilib.

O bildirib ki, noyabrın 27-də onları Gümrüdə yerləşən hərbi komissarlıqda toplayaraq Azərbaycanın Laçın rayonuna gətiriblər: “Səhər tezdən yola düşəndə Rusiya sülhməramlıları bizi yoxlamadan yola saldı. Dağın ətəyində maşından düşüb, oranı piyada qalxmağa başladıq. Dedilər ki, həmin ərazidə olan erməni əsgərləri dəyişəcəyik. Komandirimiz polkovnik-leytenant Arsen Kazaryan idi. Bizi dağın başında bir nöqtədə yerləşdirdi, müşahidə aparırdıq. Orada 10 gündən çox qaldıq. Dekabrın 13-də tapşırıq gəldi ki, dağdan düşək, evə qayıdırıq. Biz də həmin gün dağdan aşağı endik. Bu zaman Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlandıq. Təslim olub bütün silahlarımızı Azərbaycan əsgərlərinə təhvil verdik".

Hakim Ə.Hacıyev elan edib ki, G.Asetryanın məhkəmədə verdiyi ifadə ilə istintaqda verdiyi ifadəsi arasında ziddiyyət var. Bu səbəbdən onun istintaqa verdiyi ifadəsi məhkəmədə oxunub.

O, istintaqda dindirilən zaman deyib ki, həmin ərazidə Azərbaycan Ordusunun hərbçiləri gələcəyi təqdirdə, silahlı müqavimət göstərməklə bağlı tapşırıq alıblar. G.Asetryan ifadəsini təsdiqləyib.

Daha sonra təqsirləndirilən şəxs qismində V.Hakobyan dindirilib. Onun sözlərinə görə, noyabrın ayında Gümrüdə yerləşən hərbi komissarlıqdan çağırışçı kimi dəvət alıb: “Həmin ayın 27-də komissarlıqdan bildirildi ki, gedib ərazidə olan hərbçilərimizin növbəsini təhvil alacağıq, sonra geri qayıdacağıq. Bizə orada silah-sursat verildi və “Ural”la yola düşərək Laçına getdik. Komandirimiz Kazaryan Rusiya sülməramlıları ilə nəsə danışdı. Onlar bizi yoxlamdan yola saldılar. Yenidən yola düşdük, dağın ətəyində maşından düşərək yuxarı qalxdıq. Kazaryan bizi dağın başına çıxartdı və bir neçə gün orada qalmağımızı tapşırdı. Biz də dağda müşahidə aparırdıq. Çadırlar qurduq, ərzaqla təmin edildik. Kazaryanın dediyi vaxt bitdi, lakin bizi dəyişən olmadı. Kazaryan dekabrın 13-də tapşırıq verdi ki, dağdan aşağı düşək, evə qayıdırıq. Dağdan düşəndə yolu səhv saldıq. Bu zaman Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanıldıq. 60 nəfərə yaxın idik, təslim olduq”.

Prosesdə fasilə elan olunub.

10:18

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölkə ərazisində terror-təxribat törədən erməni silahlı dəstələrinin üzvləri - Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç, Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asetryan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Kamoyeviç, Sedrakyan Romik Misakini, Minasyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç və Karapetyan Yuri Tiqranoviçin cinayət işi üzrə məhkəmə iclası keçirilir.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər dindirilir.

07.15

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölkə ərazisində terror-təxribat törədən erməni silahlı dəstələrinin üzvləri - Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç, Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asetryan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Kamoyeviç, Sedrakyan Romik Misakini, Minasyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç və Karapetyan Yuri Tiqranoviçin cinayət işi üzrə məhkəmə iclası keçiriləcək.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxslərin dindirilməsi davam etdiriləcək.

Xatırladaq ki, 10 noyabr 2020-ci ildə tarixdə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatla atəşkəsin elan olunmasından sonra Azərbaycan Respublikasının ərazisinə qanunsuz olaraq gizli yollarla keçib Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə mövqe tutaraq hərbi qulluqçularımıza və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş anti-terror əməliyyatı nəticəsində tərksilah edilmiş üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Aparılan istintaqla müəyyən edilib ki, Ermənistan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaradıblar. Həmin birləşmələrin üzvləri 26-27 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin üzvləri Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç və digərlərinin, ümumilikdə 14 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikası Baş Prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Son xəbərlər

Orphus sistemi