Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib, baxılan müraciətlərin sayı 600-ü keçib - YENİLƏNİB

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib, baxılan müraciətlərin sayı 600-ü keçib - YENİLƏNİB Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.
Hadisə
9 aprel 2025 17:48
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib, baxılan müraciətlərin sayı 600-ü keçib - YENİLƏNİB

Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün beşinci iclası keçirilib.

Bu barədə "Report"a Komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

O bildirib ki, iclası komissiyanın sədri Samir Nuriyev açıb:

"Daha sonra komissiyanın katibi Kəmalə İsmayılova daxil olan müraciətlər barədə məlumat verdi. Keçirilən iclasda təxminən 100-ə yaxın müraciətə baxılıb. Müraciətlər əsasən yol-nəqliyyat hadisələrində məhkum olunmuşlar, əcnəbi məhkumlar və qadınlarla bağlı olub. Onların müraciətləri müzakirə edilərək qərar çıxarılıb. Əfv Komissiyası iclaslarını davam etdirəcək. Daha sonra komissiya sənədləri ölkə Prezidentinə təqdim edəcək. Əfv məsələləri Prezidentin müstəsna səlahiyyətidir. Humanizm və mərhəmət aktıdır. Çox güman ki, may ayında Azərbaycan Prezidentinin növbəti əfv sərəncamını imzalamasının şahidi olacağıq".

Qeyd edək ki, bununla da baxılan müraciətlərin sayı 600-ü keçib.

09:18

Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

"Report" xəbər verir ki, bu il komissiyanın dörd iclası baş tutub və 500-ə yaxın müraciətə baxılıb.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi