Bir gündə toylara görə 7 nəfər cərimələnib

Bir gündə toylara görə 7 nəfər cərimələnib Oktyabrın 11-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 63 toy şənliyinin monitorinqini həyata keçirib.
Hadisə
12 oktyabr 2021 07:31
Bir gündə toylara görə 7 nəfər cərimələnib

Oktyabrın 11-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 63 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, monitorinq 57 şadlıq sarayında, 6 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 7 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 nəfər barədə materiallar baxılması üçün məhkəməyə göndərilib, 111 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Son xəbərlər

Orphus sistemi