Binəqədidə 2 ədəd tank mərmisi tapılıb

Hadisə
  • 19 aprel, 2016
  • 07:47
Binəqədidə 2 ədəd tank mərmisi tapılıb

Bakı. 19 aprel. REPORT.AZ/ Binəqədidə 2 ədəd istifadəyə yararsız tank mərmisi tapılıb.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Bölməsinin (PB) əməkdaşları aprelin 18-də Binəqədi qəsəbəsi ərazisində 2 ədəd istifadəyə yararsız tank mərmisi tapıb.

Faktla bağlı araşdırma aparılır.