Biləsuvarda toy karvanında bir avtomobildə olan bütün şəxslər həyatını itirib - TƏFƏRRÜATLAR, YENİLƏNİB - 4

Biləsuvarda toy karvanında bir avtomobildə olan bütün şəxslər həyatını itirib - TƏFƏRRÜATLAR, YENİLƏNİB - 4 Biləsuvar rayonunda toy ağır avtomobil qəzası baş verib.
Hadisə
24 Sentyabr , 2024 18:28
Biləsuvarda toy karvanında bir avtomobildə olan bütün şəxslər həyatını itirib - TƏFƏRRÜATLAR, YENİLƏNİB - 4

Biləsuvar rayonundaKI dəhşətli yol qəzası ilə bağlı bəzi təfərrüatlar məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə bu gün saat 14:30 radələrində Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Çaylı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Cəlilabad rayonunun Göytəpə şəhərinə Ağcəbədi rayonundan gəlin gətirən toy karvanında iştirak edən "VAZ 21124" markalı minik avtomobili dönmə əməliyyatında sürətini azalda bilməyərək Salyan rayon sakini, Bayram Mehtiyevin idarə etdiyi ağırtonnajlı "MAN" markalı yük avtomobilinə çırpılıb.

Minik avtomobilinin sürücüsü 1994-cü il təvəllüdlü Hüseynov Pərviz Allahşükür oğlu və üç sərnişin - 1990-cı il təvəllüdlü Hüseynova Aidə Yasər qızı, 1958-ci il təvəllüdlü Hüseynova Mehriban Hüseyn qızı və 1995-ci il təvəllüdlü İsayev Vasif Əkbər oğlu hadisə yerində ölüb. Onların meyiti FHN-nin müvafiq qüvvələri tərəfindən avtomobildən çıxarılıb. Avtomobildə olan daha bir şəxs isə, 1991-ci il təvəllüdlü Hüseynova Xoşbəxt Akif qızı ağır vəziyyətdə Biləsuvar Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, həyatını itirən şəxslər yaxın qohumdurlar və Cəlilabad rayonunun Göytəpə şəhər sakinləridir. Dünyasını dəyişən X. Hüseynova bu gün toyu planlaşdırılan bəyin bacısıdır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

16:20

Bu gün saat 14:30 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1991-ci il təvəllüdlü (qadın) şəxs ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məlumata görə, yaralıya qapalı kəllə-beyin travması, çoxsaylı yaralar, o cümlədən sağ bud və alt çənə sümüyünü sınığı diaqnozları təyin edilib: "Dərhal reanimasiyon tədbirlərin həyata keçirilməsinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb. Saat 15:20-də ölüm faktı qeydə alınıb".

Qeyd edək ki, hadisə nəticəsində daha 4 nəfərin həkiməqədər ölümü qeydə alınıb.

16.14

Biləsuvar rayonunda baş verən ağır yol qəzasında ölənlərin sayı 5-ə çatıb.

"Report"un Muğan bürosunun məlumatına görə, Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Çaylı kəndi ərazisindən keçən hissəsində baş verən yol qəzasında yaralanan daha bir sərnişin ölüb.

Məlumata görə, ölən şəxslər Cəlilabaddan Ağcabədiyə toya gedirmişlər. Qəzada ölənlər Cəlilabadın Göytəpə şəhər sakinləri "Lada 012" markalı avtomobilin sürücüsü, 1994-cü il təvəllüdlü Hüseynov Pərviz Allahşükür oğlu, sərnişinləri - 1990-ci il təvəllüdlü Hüseynova Aidə Yasər qızı, 1958-ci il təvəllüdlü Hüseynova Mehriban Hüseyn qızı, 1991-ci il təvəllüdlü Hüseynova Xoşbəxt Akif qızı və 1995-ci il təvəllüdlü İsayev Vasif Əkbər oğludur.

15:58

Biləsuvar rayonunda baş verən ağır yol qəzasında yaralananlardan daha biri ölüb.

"Report"un Muğan bürosunun məlumatına görə, Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Çaylı kəndi ərazisindən keçən hissəsində baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb.

Ölənlərdən biri avtomobilin sürücüsü Pərviz Hüseynovdur.

15:31

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Çaylı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Lada-012" markalı minik avtomobilinin MAN yük maşınına çırpılması nəticəsində üç nəfərin öldüyü, bir nəfərin ağır xəsarət aldığı bildirilir.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi