Biləsuvarda vətəndaşlar kiberdələduzluq və bank kartlarından oğurluq barədə maarifləndiriliblər

Biləsuvarda vətəndaşlar kiberdələduzluq və bank kartlarından oğurluq barədə maarifləndiriliblər Kiberdələduzluq və bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədi ilə Biləsuvarda vətəndaşlar arasında maarifləndirmə işləri təşkil olunub.
Hadisə
2 İyun , 2024 10:52
Biləsuvarda vətəndaşlar kiberdələduzluq və bank kartlarından oğurluq barədə maarifləndiriliblər

Kiberdələduzluq və bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədi ilə Biləsuvarda vətəndaşlar arasında maarifləndirmə işləri təşkil olunub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları sakinlərlə bu mövzuda profilaktiki söhbətlər aparıb və zəruri məlumatlar veriblər.

Vətəndaşlara izah olunub ki, kiberdələduzların qurbanı olmamaq üçün müxtəlif sayt və sosial şəbəkələrdə şirnikləndirici vədlərə aldanıb şübhəli linklərə keçid edilməməli, heç bir halda bank və digər şəxsi məlumatlar qarşı tərəfə ötürülməməli, tanımadıqları şəxslərdən gələn mesaj və bildirişlər açılmamalıdır.

Əhalinin sıx olduğu məkanlarda, o cümlədən bankomat və ödəmə terminallarının yaxınlığında xəbərdaredici elanlar yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi