Biləsuvarda mikroavtobus qəzaya uğrayıb, ölən və yaralananlar var - YENİLƏNİB

Biləsuvarda mikroavtobus qəzaya uğrayıb, ölən və yaralananlar var - YENİLƏNİB Biləsuvar rayonunda ağır yol qəzası baş verib
Hadisə
13 Mart , 2021 09:12
Biləsuvarda mikroavtobus qəzaya uğrayıb, ölən və yaralananlar var - YENİLƏNİB

Biləsuvar rayonunda baş verən yol qəzasında xəsarət alanlardan dördünün kimliyi məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, bunlar Astara rayon sakinləri - 1981-ci il təvəllüdlü Süleymanov Natiq Baloğlan oğlu, 2005-ci il təvəllüdlü Rəqsanə Süleymanlı, 1982-ci il təvəllüdlü Qəhrəmanova Əsmər Akif qızı və Masallı rayon sakini, 1982-ci il təvəllüdlü Məmmədov Ruslan Mahmud oğludur.

Ölən və digər yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

08:57

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə səhər saatlarında yeni Ələt-Astara avtomobil yolunda qeydə alınıb. Belə ki, mikroavtobusun yolun kənarına aşması nəticəsində 1 nəfər ölüb, daha 6 nəfər yaralanıb.

Yaralılardan 4-ü Biləsuvar, 2-si isə Cəlilabad xəstəxanalarına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi