Dekabrın 28-də Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda baş verən ağır yol qəzasında xəsarət alan şəxslərdən biri Bakıda xəstəxanaya təxliyə olunub.
"Report"un Muğan bürosunun məlumatına görə, Türkanə Kərimli paytaxtda ixtisaslaşmış xəstəxanalardan birinə yerləşdirilib.
Qeyd edək ki, dekabrın 28-də Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda 3 nəfərin ölümü, daha 8-nin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. X.Quluzadənin idarə etdiyi "Opel" markalı avtomobillə E.Kərimlinin idarə etdiyi "VAZ" markalı avtomobil toqquşub.
Nəticədə avtomobillərdə olan sərnişinlərdən Şöhlət Məmmədova, Məryəmxanım Kərimova və İlqar Kərimov ölüb, Eşqin Kərimli, Türkanə Kərimli, Səlimxanım Əliyeva, Xəyyam Quluzadə, Məlahət Quluzadə, Hüseyn Quluzadə, Tofiq Abdullayev və Gözəl Abdullayeva xəsarət alıb.
Xəsarət alanlardan biri Eşqin Kərimli Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının reaniminasiya şöbəsində müalicə olunur. Onun bacısı Türkanə Kərimli isə müayinə və müalicə üçün Bakıya yola salınıb.