Bibisini çəkiclə qətlə yetirən şəxs hökmdən narazıdır

Bibisini çəkiclə qətlə yetirən şəxs hökmdən narazıdır Bibisini amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Orxan Allahverdiyev barəsindəki hökmdən apellyasiya şikayəti verib
Hadisə
5 Aprel , 2021 09:21
Bibisini çəkiclə qətlə yetirən şəxs hökmdən narazıdır

Bibisini amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Orxan Allahverdiyev barəsindəki hökmdən apellyasiya şikayəti verib.

“Report” xəbər verir ki, şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə baxılacaq.

İlkin baxış iclası aprelin 9-na təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Allahverdiyev 19 il müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamıöldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adamöldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək) maddələri ilə təqsirli bilinib.

İttihama görə, əvvəllər də məhkumluq həyatı yaşayan, 1991-ci il təvəllüdlü Orxan Allahverdiyev 1958-ci il təvəllüdlü bibisi Afət Allahverdiyevanı küt alətlə (çəkiclə) baş və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirməklə öldürüb. Hadisənin tamah niyyəti ilə törədildiyi məlum olub.

Son xəbərlər

Orphus sistemi