​Beynəlxalq Bank işinə görə tutulmuş türkiyəli iş adamının həbs müddəti uzadılıb

​Beynəlxalq Bank işinə görə tutulmuş türkiyəli iş adamının həbs müddəti uzadılıb Prokurorluğun vəsatətinə Nərimanov Rayon Məhkəməsində baxılıb
Hadisə
24 Fevral , 2016 19:32
​Beynəlxalq Bank işinə görə tutulmuş türkiyəli iş adamının həbs müddəti uzadılıb

Bakı. 24 fevral. REPORT.AZ/ Bu gün Nərimanov Rayon Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan "Azərbaycan Consaltinq Qrup" MMC-nin rəhbəri Erhan Cavad Yavuz barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Bu barədə “Report”a E.Cavadın vəkili Sadiq Rəsulov məlumat verib.

Vəkilin sözlərinə görə, iş adamı barəsində həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb.

Qeyd edək ki, Erhan Cavad Yavuz 2015-ci ildə saxlanılıb. O, "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürərək qaytarmamaqda ittiham olunur. İş adamı barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə bir neçə dəfə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. 

Son xəbərlər

Orphus sistemi