Beyləqanda rüşvət almaqda təqsirlədirilən vəzifəli şəxslərin işi məhkəməyə göndərilib

Beyləqanda rüşvət almaqda təqsirlədirilən vəzifəli şəxslərin işi məhkəməyə göndərilib Beyləqanda torpaq sahələrinə dair çıxarışın verilməsinə görə rüşvət almaqda təqsirlədirilən vəzifəli şəxslər - Ayxan Səfərov və Dəyanət Atakişiyevin barələrindəki cinayət işi məhkəməyə göndərilib.
Hadisə
31 Mart , 2023 16:55
Beyləqanda rüşvət almaqda təqsirlədirilən vəzifəli şəxslərin işi məhkəməyə göndərilib

Beyləqanda torpaq sahələrinə dair çıxarışın verilməsinə görə rüşvət almaqda təqsirlədirilən vəzifəli şəxslər - Ayxan Səfərov və Dəyanət Atakişiyevin barələrindəki cinayət işi məhkəməyə göndərilib.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan ərazi idarəsində yol verilən qanunsuzluqlar barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Qeyd olunan idarənin sabiq rəisi Ayxan Səfərovun xidməti səlahiyyətlərinin icrası zamanı Arxiv şöbəsinin sabiq müdiri Dəyanət Atakişiyevin köməkliyi ilə Beyləqan rayonunda yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlara dair mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsi üçün rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Ayxan Səfərov və Dəyanət Atakişiyevə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 32.5, 311.3.2-ci (təkrarən rüşvət almaqda köməkçilik etmə) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi