Bərdədə “Köhnə bazar” adlanan ərazidə yanğın söndürülüb - YENİLƏNİB
- 15 iyun, 2023
- 02:03
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bərdə şəhərində yerləşən “Köhnə bazar” adlanan ərazidə baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Bu barədə "Report"a FHN-dən bildirilib.
Yanğınsöndürənlərin fədakarlığı sayəsində yanğının mürəkkəbliyinə baxmayaraq geniş sahəyə yayılaraq böyük fəsadların yaranmasına imkan verilməyib.
Əlavə məlumat veriləcək.
05:54
Bərdədə “Köhnə bazar” adlanan ərazidə yanğın olub.
Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Nazirliyin “112” qaynar telefon xəttinə “Köhnə bazar” adlanan ərazidə yanğın baş verməsi barədə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.