Bakıda şirkət binasının çökməsi ilə bağlı məhkəmə-tibbi ekspertizaları təyin edilib

Bakıda şirkət binasının çökməsi ilə bağlı məhkəmə-tibbi ekspertizaları təyin edilib Xəbər verildiyi kimi, paytaxtın Nərimanov rayonunun Keşlə qəsəbəsində "City Garden" layihəsi çərçivəsində söküntü işlərinin aparılması zamanı şirkətdə əmək müqaviləsi əsasında işləyən və həmin işlərə cəlb edilmiş yalnız 4 nəfər şəxsin müxtəlif dərəcəli bə
Hadisə
24 Fevral , 2022 16:08
Bakıda şirkət binasının çökməsi ilə bağlı məhkəmə-tibbi ekspertizaları təyin edilib

Bakıda binanın çökməsi ilə bağlı məhkəmə-tibbi ekspertizaları təyin edilib.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Nərimanov rayonunun Keşlə qəsəbəsində "City Garden" layihəsi çərçivəsində söküntü işlərinin aparılması zamanı şirkətdə əmək müqaviləsi əsasında işləyən və həmin işlərə cəlb edilmiş yalnız 4 nəfər şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

Hər birinə ambulator tibbi yardım göstərildikdən sonra sonuncular evə buraxılıblar.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən araşdırma aparılır, hadisə yerinə baxış keçirilib və qeyd edilən şəxslərin aldıqları xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə məhkəmə-tibbi ekspertizaları təyin edilib.

İctimaiyyətə əlavə məlumat veriləcəkdir.

Son xəbərlər

Orphus sistemi