Baş Prokurorluğun nümayəndə heyəti Özbəkistana səfər edib

Baş Prokurorluğun nümayəndə heyəti Özbəkistana səfər edib Cari ilin 14-15 noyabr tarixlərində Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Özbəkistan Respublikasının Baş Prokurorluğu arasında imzalanmış Əməkdaşlıq Proqramı çərçivəsində bir qrup prokurorluq əməkdaşı Özbəkistanın Daşkənd şəhərinə səfər edib.
Hadisə
16 noyabr 2023 08:49
Baş Prokurorluğun nümayəndə heyəti Özbəkistana səfər edib

Cari ilin 14-15 noyabr tarixlərində Azərbaycanın Baş Prokurorluğu ilə Özbəkistanın Baş Prokurorluğu arasında imzalanmış Əməkdaşlıq Proqramı çərçivəsində bir qrup prokurorluq əməkdaşı Özbəkistanın Daşkənd şəhərinə səfər edib.

"Baş Prokurorluqdan "Report"a bildirilib ki, səfərdə Azərbaycanın Baş Prokurorluğunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Müqəddəs Sultanov, İmişli rayon prokuroru Valeh Səmədov, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Ceyhun Budaqov və Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Aynur Əfəndiyevadan ibarət nümayəndə heyəti təmsil edib.

Özbəkistanın Baş prokurorunun müavini Svetlana Artikova nümayəndə heyətini səmimi salamlayaraq tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini qeyd edərək ölkələrimizin prokurorluq orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib.

Yüksək qonaqpərvərliyə və səmimi qəbula görə minnətdarlığını ifadə edən Müqəddəs Sultanov qurumlarımız arasındakı sıx münasibətlərin təzahürü olaraq intensiv qarşılıqlı səfərlərin gerçəkləşdiyini bildirib. Görüşdə həmkarlar arasında səmərəli fikir mübadiləsi aparılıb.

Daha sonra əməkdaşlıq proqramı çərçivəsində “Yetkinlik yaşına çatmayanlara qarşı cinayətlərin açılmasının aktual problemləri” mövzusunda seminar keçirilib. Tədbirdə Azərbaycan və Özbəkistan prokurorluq əməkdaşları mövzu ətrafında təqdimatlarla çıxış ediblər.

Tədbir çərçivəsində nümayəndə heyəti Özbəkistan Baş Prokurorluğunun muzeyi, eləcə də Səmərqənd vilayət prokurorluğunun fəaliyyəti ilə yaxından tanış olub, şəhərin tarixi-mədəni abidələrini ziyarət edib.

Son xəbərlər

Orphus sistemi