Baş prokuror: “Ermənistanın cinayətləri ilə bağlı sübutların toplanması davam edir"

Baş prokuror: “Ermənistanın cinayətləri ilə bağlı sübutların toplanması davam edir" “Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı Azərbaycan tərəfi Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib.
Hadisə
214
2 Noyabr , 2021 19:14
Baş prokuror: “Ermənistanın cinayətləri ilə bağlı sübutların toplanması davam edir
Kamran Əliyev
0 : 00
0 : 00

“Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı Azərbaycan tərəfi Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib. Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq, Azərbaycan müvafiq orqanları, o cümlədən Xarici İşlər Nazirliyi bu istiqamətdə tədbirlər həyata keçirir”.

“Report” xəbər verir ki, bu fikirləri “Real TV”yə müsahibəsində Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.

“Təbii ki, sənədlərin təqdim olunmasında, hazırlanmasında prokurorluq da özünə aid hissədə iştirak edib. Konkret cinayət işlərinin istintaqı zamanı əldə olunmuş maddi sübutlar toplanıb. Bunların hamısı həmin proseslər zamanı istifadə olunur və gələcəkdə də olunacaq. Hazırda sübutların toplanması davam edir”, - deyə o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi