Bakıdakı cəzaçəkmə müəssisəsində yanğın olub

Hadisə
  • 22 sentyabr, 2014
  • 04:35
Bakıdakı cəzaçəkmə müəssisəsində yanğın olub

Bakı. 22 sentyabr. REPORT.AZ/ Ötən gecə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin (PX)  Bakının Xətai rayonunun Əhmədli qəsəbəsində yerləşən 7 saylı cəzaçəkmə müəssisəsinin istehsalat sexində yanğın baş verib. Bu barədə “Report”a PX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Hadisə ilə bağlı dərhal Fövqəladə Hallar Nazirliyinin  (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinə (DYMX) məlumat verilib. PX-nin şəxsi heyətinə həyəcan siqnalı verilərək hazırlıq vəziyyətinə gətirilib, lazımi qüvvələr yanğın yerinə cəlb olunub. Operativ olaraq hadisə yerinə gələn DYMX-nin yanğınsöndürmə dəstələri saat 23.15 radələrində yanğının söndürülməsinə nail olublar.

Hadisə vaxtı xəsarət alan olmayıb.

Fakt üzrə PX tərəfindən xidməti araşdırma, FHN tərəfindən isə təhqiqat aparılır.