"BakuBus"ın sürücüsü 84 yaşlı piyadanı vurub öldürərək hadisə yerindən qaçıb

"BakuBus"ın sürücüsü 84 yaşlı piyadanı vurub öldürərək hadisə yerindən qaçıb "BakuBus" MMC-nin sürücüsü 84 yaşlı piyadanı vuraraq hadisə yerindən qaçıb.
Hadisə
10 Noyabr , 2022 09:23
BakuBusın sürücüsü 84 yaşlı piyadanı vurub öldürərək hadisə yerindən qaçıb

"BakuBus" MMC-nin sürücüsü 84 yaşlı piyadanı vurub öldürərək hadisə yerindən qaçıb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə noyabrın 9-da paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Məmişov Valeh Musa oğlu idarə etdiyi "BakuBus" MMC-yə məxsus marşrut avtobusu ilə hərəkətdə olarkən piyada yolu keçmək istəyən 1938-ci il təvəllüdlü Dadayev Qesabulla İsgəndər oğlunu vuraraq hadisə yerindən uzaqlaşıb. Nəticədə Q.Dadayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Fakta bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci ( Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi