Bakının mərkəzində nazirliyə məxsus binada yanğın baş verib - VİDEO - FOTO - YENİLƏNİB-2

Bakının mərkəzində nazirliyə məxsus binada yanğın baş verib - VİDEO - FOTO - YENİLƏNİB-2 Mədəniyyət Nazirliyinin strukturuna daxil olan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin binasında baş verən yanğın söndürülüb.
Hadisə
3 aprel 2019 05:39
Bakının mərkəzində nazirliyə məxsus binada yanğın baş verib - VİDEO - FOTO - YENİLƏNİB-2
Report

Mədəniyyət Nazirliyinin strukturuna daxil olan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin binasında baş verən yanğın söndürülüb.

Bu barədə “Report”a açıqlamasında Mərkəzin rəhbəri Asif Usubalıyev məlumat verib.

O bildirib ki, yanğın səhər saat 7 radələrində başlayıb: “Yanğın artıq söndürülüb. Binanın üçüncü mərtəbənin bir hissəsi və damı zərər çəkib. Hələ tədqiqat gedir. İlkin ehtimala görə hadisə qısaqapanma nəticəsində baş verib”.

“Report”un müxbiri xəbər verir ki, hadisə yerinə "Təcili tibbi yardım" maşınları cəlb olunub. Xəsarət alan yoxdur.


*** 09:20

"Report"un əldə etdiyi məlumata görə, Bakı şəhəri, Bəşir Səfəroğlu küçəsində yanğın baş verən binada Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yerləşir.


*** 08:42

Bakının mərkəzində binalardan birində yanğın baş verib.

"Report"un hadisə yerində olan müxbirinin məlumatına görə, yanğın Bəşir Səfəroğlu küçəsində yerləşən binalardan birində baş verib.

Müxbirlər: Ruhanə Mirzəyeva, Səid Qərib

Son xəbərlər

Orphus sistemi