Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var  

Hadisə
  • 20 iyun, 2023
  • 01:03
Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var  

Bakının Suraxanı rayonunda 40 yaşlı kişini avtomobil vuraraq xəsarət yetirib.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 1983-cü il təvəllüdlü Xudiyev Qoşqar Çingiz oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.