Bakıda vətəndaşa qarşı quldurluq etməkdə təqsirləndirilənlərə hökm oxunub

Bakıda vətəndaşa qarşı quldurluq etməkdə təqsirləndirilənlərə hökm oxunub Bakıda vətəndaşa qarşı quldurluq etməkdə təqsirləndirilənlər - Yadigar Məmmədov, Elnur Əliyev, Mehman Əzizov və Ceyhun Zeynalova hökm oxunub.
Hadisə
16 noyabr 2023 12:06
Bakıda vətəndaşa qarşı quldurluq etməkdə təqsirləndirilənlərə hökm oxunub

Bakıda vətəndaşa qarşı quldurluq etməkdə təqsirləndirilənlər - Yadigar Məmmədov, Elnur Əliyev, Mehman Əzizov və Ceyhun Zeynalova hökm oxunub.

"Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, Yadigar Məmmədov 8 il, Elnur Əliyev 8 il 6 ay, Mehman Əzizov 8 il və Ceyhun Zeynalova 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, hadisə 2021-ci ilin noyabrında paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, təqsirləndirilən şəxslər Anar Zairova bıçaq zərbəsi endirərək üstündə olan 10 min manat pulu götürüblər.

Məlum olub ki, zərərçəkmiş şəxs 10 min manatı avtomobil almaq üçün maşın bazarına gedirmiş.

Daha sonra Y.Məmmədov, E.Əliyev, M.Əzizov və C.Zeynalov hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılıb.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi